İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan KTMT-dən çıxır? - Mirzoyan AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bəyan etməyib.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə keçirilən iclasda bildirib.

A.Mirzoyanın sözlərinə görə, N.Paşinyan deyib ki, təşkilatdan nə vaxt çıxacağına Ermənistan hakimiyyəti özləri qərar verəcək.

“İclas qeydə alınır, kimin nə dediyini yoxlamaq olar. Ermənistanın baş naziri demədi ki, biz KTMT-dən çıxırıq, o bildirdi ki, nə vaxt çıxacağımıza qərar verəcəyik, amma geri dönməyəcəyik", - XİN rəsmisi vurğulayıb.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR