İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan iqtidarının nümayəndələri kef çəkirlər” - Abramyandan SƏRT SÖZLƏR

“Ermənistan hakimiyyətinin bəzi nümayəndələri yay tətilinin kefini çıxarırlar”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətçi deputatı, revanşist siyasətçi Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb.

“İctimaiyyəti Azərbaycanla sərhədləri “delimitasiya” yolu ilə tənzimlədiyinə inandırmaq üçün əlindən gələni edən, əslində isə Bakının xeyrinə birtərəfli güzəştlər edən hakimiyyət indi yay tətili keçirir. Onlar iki problemi birdən həll etdiklərinə inanırlar - Azərbaycanın iştahını doydurdular və bütün bunları “dövlət sərhədi” paketində öz xalqına satdılar. İndi də onlar ətrafında danışıqlar apardıqları, yaxın gələcəkdə ictimaiyyəti nələrin gözlədiyi barədə heç nə demirlər. Təbii ki, heç nə deməyəcəklər, çünki onların prinsipi 2018-ci ildən bəri eynidir – kimlə istəyirik danışıqlar aparırıq. Vətəndaşlar isə onların zəif xarakterinin, sonsuz güzəştlərə hazır olmasının hansı nəticələrə gətirib çıxaracağını yaxşı bilirlər – müharibə və geri çəkilmə”, - deyə Abramyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR