İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan hökumətindən BÖYÜK HƏYASIZLIQ - Qarabağda...

Ermənistan hökuməti Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə hələ də qalan qondarma və oyuncaq rejimə “müharibədən sonrakı dövrdə yaranmış sosial gərginliyin azaldılmasına yönəlmiş əlavə maliyyələşmə üçün” dövlət büdcəsindən 4 milyard dram məbləğində dövlətlərarası kredit verməyi planlaşdırır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, müvafiq qərar cümə axşamı hökumətin iclasında qəbul edilib.

Bu qərar açıq-aşkar Azərbaycan dövlətinə meydan oxumaqdır. Bir yandan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən Paşinyan hökuməti iqtisadi rayonumuzda separatçı rejimə qanunsuz olaraq pul ayırır. Üstəlik, bunun “dövlətlərarası” kimi qələmə verilməsi beynəlxalq hüquq normalarının nümayişkaranə surətdə tapdanması, Azərbaycanın ərazi bütövlüyünü tanımaması deməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR