İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Hindistandan PUA və raket sistemi alır - Video

Ermənistan Hindistandan PUA və dron kamikadze, həmçinin “Akaş” zenit-raket kompleksi almağı düşünür.

Musavat.com "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Hindistanın “Print” nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, satınalmalarla bağlı müzakirələr Qandinaqarda “DefExpo 2022” müdafiə sərgisi çərçivəsində baş tutub.

Bundan başqa, Ermənistanın müdafiə naziri Suren Papikyan hindistanlı həmkarı Şri Racnat Sinqhlə görüşdən sonra bu sərgiyə baş çəkib.

Məlumata görə, digər növ silahların, o cümlədən 80 millimetrlik artilleriya qurğularının alınması da müzakirə olunur.

Həmçinin qeyd edilir ki, ermənilər “Tata Advanced Systems Limited” (TASL) və “Solar Industries” şirkətləri tərəfindən işlənib hazırlanan mərmilərin alınması imkanlarını da nəzərdən keçirir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2024

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR