İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan fransızlardan aldığı 100 milyon avro kreditin 25 milyonunu MN-ə yönəldir

Ermənistan hökuməti ilə Fransa İnkişaf Agentliyi arasında 100 milyon avro dəyərində kredit sazişi imzalanacaq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, müvafiq qərar bu gün Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Ermənistan hökumətinin verdiyi xəbərə görə, kredit layihəsi fiskal planlaşdırmanın səmərəliliyinin artırılması, risklərin idarə edilməsi, dövlət-özəl tərəfdaşlıq sistemində islahatların aparılması, dövlət satınalmaları sisteminin modernləşdirilməsi, yaşıl iqtisadiyyat siyasətinin hazırlanması, dövlət borcunun idarə edilməsi sisteminin təkmilləşdirilməsi və maliyyə bazarlarının inkişafına yönəlib.

Proqramın Asiya İnkişaf Bankı ilə birgə həyata keçirildiyi qeyd olunub.

Lakin eyni iclasda Ermənistan Müdafiə Nazirliyinə 10 milyard dram (25 milyon dollar - red.) ayrılması haqqında da qərar qəbul olunub. Verilən informasiyaya əsasən, vəsait Müdafiə Nazirliyi tərəfindən görülən tədbirlər çərçivəsində “bina və tikililərin qurğusu” üçün nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR