İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan dövlətçiliyi DƏFN ediləcək” - Zöhrabyan

“Ermənistanın ərazisi Azərbaycan Prezidenti İlham Əliyevin zövqünə uyğun formalaşdırılır”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin keçmiş deputatı, siyasətçi Naira Zöhrabyan bildirib.

Onun sözlərinə görə, Paşinyan Ermənistanda sovet ensiklopediyasının məlumatlarından istifadə edərək ölkəsinin ərazisini müəyyən edən ilk liderdir.

“Bu, absurddur, bəşər tarixində belə bir hal olmayıb ki, bir lider ensiklopediya məlumatlarına əsaslanaraq ölkəsinin sərhədlərini müəyyən etsin. Mən bu ifadəni eşidəndə onun dediklərinə əmin olmaq üçün səs yazısına 5 dəfə qulaq asdım”, - deyə Zöhrabyan bildirib.

Zöhrabyan analitik mərkəzlərin Azərbaycanın yeni “hücuma” hazırlaşdığı barədə hesabat verdiyini iddia edib.

Erməni siyasətçi Paşinyanın təbliğ etdiyi “Sülh kəsişməsi” proqramı ilə Ermənistan dövlətçiliyinin dəfn ediləcəyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR