Onlayn ictimai-siyasi qəzet
Ermənistan Çindən strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər qurduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, Baş nazir Nikol Paşinyan Çinə rəsmi səfəri çərçivəsində imzalanan sənədlər fonunda İrəvanla Pekin arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Xatırladaq ki, 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı Bakı ilə Pekin “hərtərəfli strateji tərəfdaşlıq” barədə birgə bəyanat imzalamışdı. Gürcüstan isə hələ 2023-cü ildə Çinlə strateji tərəfdaşlıq elan etmişdi.
Beləliklə, Cənubi Qafqaz ölkələrinin hamısı Pekinlə münasibətlərini strateji əməkdaşlıq səviyyəsinə yüksəldib.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ