İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ÇALXALANIR

“Biz Ermənistanı İttifaq dövlətində görmürük (bura Rusiya və Belarus daxildir – red.) və bu barədə dəfələrlə danışmışıq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın “Həyat üçün ölkə” partiyasından İrəvan merliyinə namizəd Mane Tandilyan tərəfindən səslənib.

Tandilyan müxalifətdə dayanıb və Rusiyayönümlü siyasətçi sayılır. Onu Ruben Vardanyan da dəstəkləyir.

“Bizim üçün geosiyasi vəziyyətdən və güc mərkəzlərindən asılı olmayaraq, Ermənistanın maraqları hər şeydən öncə gəlir”, - deyə namizəd iddialı danışıb.

Tandilyanın sözlərinə görə, Ermənistanın indiki hakimiyyəti Azərbaycanın hücum etməsi üçün imkanlar yaradıb.

“Bu gün bizim “suveren ərazilərimizdə” (əslində Azərbaycanın qanuni torpaqlarıdır - red.) Azərbaycan qoşunları var. Paşinyanın yeritdiyi siyasət dövlətçiliyimiz üçün dağıdıcıdır. Biz dövlətimizin yox olmasını istəmiriksə, Ermənistanı münaqişə zonasına çevirməməliyik. İndi dayaz siyasət yürüdən hakimiyyət məhz bunu edir. Eyni zamanda, bizim demokratik yolla hakimiyyətə gələcəyimizdən qorxurlar”, - deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR