İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan BU XƏBƏRLƏ ÇALXALANIR 

Ermənistanda müxalif düşüncəli məktəb müəllimləri iş yerlərini itiriblər.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Past” qəzeti məlumat yayıb.

“İrəvan Dövlət Universiteti və İrəvan Dövlət Dillər və Sosial Elmlər Universitetində onlarla müəllim işdən məhrum edilib. Üstəlik, söhbət həm elmi dairələrdə, həm də tələbələr arasında təcrübəli mütəxəssislərdən gedir.

Yeni əmək müqaviləsi bağlanmayan müəllimlərin hamısı yalnız müxalif fikirli şəxslərdir. Həmin mühazirəçilər sosial şəbəkələrdəki paylaşımlarında bunun sırf siyasi qərar olduğunu açıq şəkildə bəyan ediblər. Bu, tələbələrin ciddi narazılığına səbəb olub. Bir neçə müəllim bu qərarlara məhkəmədə etiraz etməyi planlaşdırır”, - deyə qəzet yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR