İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan bu ölkədən BALLİSTİK RAKETLƏR ALIR 

Ermənistan Hindistana "Pralay" ballistik raketlərini almaq üçün müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə  IDRW məlumat yayıb.

Yayılan son məlumatlara görə, Hindistan Ermənistanın “Pralay” ballistik raketlərinin tədarükü ilə bağlı müraciətini qəbul edib.

Bildirilib ki, razılaşmanın həyata keçirilməsinin əsas şərti raketlərin beynəlxalq məhdudiyyətlərə uyğunlaşdırılması üçün onların uçuş məsafəsinin azaldılması zərurətidir.

Qeyd edək ki, “Pralay” kvazi ballistik “yer-yer” raketi 150-500 kilometr məsafədəki hədəfləri vura bilir və mobil buraxılış qurğusundan buraxılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR