Onlayn ictimai-siyasi qəzet
Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verərək bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsində 13 maddə və ön söz tam razılaşdırılıb, qalan 16 maddədən üçü isə qismən razılaşdırılıb.
Erməni deputat Hayk Mamicanyan isə belə bir iddia irəli sürüb ki, sülh müqaviləsində sərhədlərin demarkasiyası, həbsdə olan erməni seperatçılarının qaytarılması, həmçinin Azərbaycan qoşunlarının sərhəddən çıxarılmasına dair heç nə yoxdur, nəqliyyat qovşaqları isə Azərbaycanın xeyrinə həll ediləcək. Mamincanyan onu da əlavə edib ki, bu, Ermənistanın tam əleyhinə olan sənəddir.
Bəs, vətəndaşlarımız sülh müqaviləsinin şərtlərindən hansı gözləntiləri var?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray,
Musavat.com
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ