İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan bizdən 31 kənd TƏLƏB EDİR – kritik görüşə 24 saat qala TƏXRİBAT– Elman Nəsirovla Telman Qasımov CANLIda

Qərbi Azərbaycan İcması Alen Simonyanın absurd və böhtan xarakterli açıqlamasını kəskin şəkildə pisləyir. Bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Qərbi Azərbaycan İcması Ermənistan parlamentinin spikeri Alen Simonyanın guya Azərbaycan tərəfindən Ermənistanın 31 kəndinin tamamilə və ya qismən işğal edilməsi barədə absurd və böhtan xarakterli açıqlamasını kəskin şəkildə pisləyir.

Hesab edir ki, Ermənistan belə bir əsassız iddia ortaya atmaqla bir daha Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirmişdir. Ermənistan bununla, həm də hələ də Azərbaycanın 8 kəndini işğal altında saxlamasını ört-basdır etməyə çalışır.
Ermənistan rəsmiləri qayıdışla bağlı gəlişigözəl sözlər demək əvəzinə real addım ataraq bu istiqamətdə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır.

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qarşı gülünc iddia ilə gündəmə gəlib. Bundan əvvəl də sayıqlamaları ilə diqqəti üzərinə çəkməyi bacaran spiker bu dəfə belə iddialarına yenisi əlavə edib.

Simonyanın həmin iddiasına görə, Azərbaycan Ermənistana 31 kənd qaytarmalı imiş. “Azərbaycanlılar 4 kənddən (4 yox, ən azı 8 kənd – red.) danışırlar, amma bizim 31 kəndimiz var ki, əraziləri ya tamamilə, ya da qismən onların “işğal”ı altındadır. İndi o 31 kənddən də danışmalıyıq”, - spiker bildirib.

Əgər söhbət ərazilərin qaytarılmasından gedirsə, Ermənistan öz imzası ilə bir dövlət kimi varlığına son qoyub bütün ərazilərini Azərbaycana təhvil verməlidir, nəinki 8 kəndi. Simonyan ya tarixi bilmir, ya da özlərinin yazdıqları “tarix”ə çox inanıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə YAP-çı millət vəkili Elman Nəsirovla hərbi ekspert Telman Qasımovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR