Onlayn ictimai-siyasi qəzet
Ermənistan Baş Prokurorluğu ümumi yurisdiksiya məhkəməsinin hakimi Artuş Qabrielyan və onunla əlaqəli şəxslərdən qanunsuz əmlakın müsadirə olunmasını tələb edir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanının müvafiq tələbi Korrupsiyaya qarşı mübarizə Məhkəməsində baxılmaq üçün təqdim edilib.
Yerli mətbuatın yazdığına görə, söhbət 5 daşınmaz əmlak obyekti, 4 nəqliyyat vasitəsi, 1 hüquqi şəxs və 62 milyon 811 min dramdan (təxminən 163 min dollar) gedir. Müsadirənin məbləği yaşayış binasının 1 orta bazar dəyərinə bərabərdir.
Musavat.com
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ