İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan baş nazirinin İcevandakı heykəli növbəti dəfə zədələnib

İcevanda Ermənistanın baş naziri Nikol Paşinyanın “addımlayan” heykəlinin başı dördüncü dəfə qoparılıb və üstünə qırmızı boya tökülüb.

AZƏRTAC bildirir ki, bu barədə “Hraparak”ın nəşri məlumat yayıb.

“Bundan əvvəl Paşinyanın abidəsi İcevan-Noyemberyan avtomobil yolunda qoyulmuşdu. Abidə üç dəfə zədələndikdən sonra İcevan kilsəsinin həyətinə köçürülüb. Amma “doğma divarlar” burada da heykəli qoruya bilməyib”, - deyə nəşr qeyd edir.

Xatırladaq ki, İcevan Ermənistan baş nazirinin doğulduğu şəhərdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR