İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Azərbaycanın layihəsinə göz dikib – Paşinyan deyir ki…

Ermənistan hakimiyyəti Azərbaycandan Avropaya elektrik enerjisi nəqli üçün dənizaltı kabelin çəkilməsi layihəsində maraqlıdır.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tiflisdə olarkən Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə keçirdiyi brifinqdə deyib.

Baş nazir bildirib ki, İrəvan regional layihələrdə iştirak etmək istəyir:

"Bölgəmiz Cənub və Şimal, Qərb və Şərq arasında çox mühüm marşruta çevrilə bilər. Bütün bunlarda, bütün dövlətlərə iqtisadi layihələrdə iştirak etmək imkanı verildikdə, inklüzivlik çox vacibdir. Bunun yaxşı nümunəsi Qara dənizin dibi ilə çəkiləcək və Ermənistanın böyük maraq göstərdiyi kabel layihəsi”.

Qaribaşvili öz növbəsində “regional əhəmiyyətli layihələr” üzərində işləməyin vacibliyini və Ermənistanın sualtı elektrik kabeli layihəsində maraqlı olduğunu qeyd edib.

Xatırladaq ki, Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri arasında yaşıl enerjinin inkişafı və çatdırılması sahəsində strateji tərəfdaşlıq haqqında saziş 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanıb. Bu, 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi boyunca kabel xəttinin çəkilməsini nəzərdə tutur. Bu xətt 1195 km uzunluğunda olacaq və Azərbaycanda hasil edilən elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Bu ilin iyununda Bolqarıstan layihəyə qoşulmaq niyyətini bəyan edib. Bundan başqa, Özbəkistan və Qazaxıstan da layihədə iştirakda maraqlı olduqlarını açıqlayıblar. Kabelin quraşdırılmasının üç-dörd il çəkəcəyi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR