Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentarilərə bildirib ki, 2022-ci ildə Azərbaycanın Dağlıq Qarabağa hüquqlarını tanımaqla ölkəni mühasirədə olan qaladan suveren dövlətə çevirib.
Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, baş nazir 2024-cü il büdcəsinin icrasının təsdiqi ilə bağlı yekun çıxışı zamanı deyib: "Dağlıq Qarabağı itirdiyimiz barədə çox danışılır. Mən bu məsələ haqqında çox düşünmüşəm və gəldiyim qənaət budur: biz Dağlıq Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq".
O, həmçinin Ermənistan müxalifətinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Ermənistanın ilk baş naziri olması ilə bağlı ittihamları ilə də razılaşmayıb: "Oktyabrın 6-da mən ölkəmizin ərazi bütövlüyünün qonşularımızın bütövlüyü ilə iç-içə olduğunu anlayaraq Ermənistanın ərazi bütövlüyünü tanıdım. Və mənim üçün bu, "forpost"un baş nazirinin Ermənistanın baş nazirinə çevrilməsinin başa çatdığı məqamdır".
Ermənistanın baş naziri onu da əmin edib ki, Dağlıq Qarabağ məsələsi “Ermənistan Respublikası müstəqil və suveren dövlətə çevrilməsin deyə ilgək kimi istifadə olunub, indi isə Ermənistan Respublikası suveren dövlət olur”.
Musavat.com
20 Iyun 2025
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ