Onlayn ictimai-siyasi qəzet
“Fransa və Ermənistan hadisələri BMT Təhlükəsizlik Şurasında gündəmə gətirəcək. Sərhəddə baş verənlərin əsas hədəfi budur”.
Musavat.com xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.
O qeyd edib ki, BMT TŞ-nin son iclasında istəyinə nail ola bilməyən Ermənistanın sərhəddə eskalasiya yaradacağı gözləntiləri var idi:
“Çünki Qarabağ Azərbaycan ərazisi olduğu üçün Bakıya buna görə təzyiq edilməyəcəyini anlayırlar. Lakin sərhəd toqquşmaları ilə buna nail ola biləcəklərini hesab edirlər. 44 günlük müharibədən sonrakı təcrübə də bunu təsdiqləyir: Bakıya təzyiq adətən sərhəd toqquşmalarında edilib, xüsusilə ötən ilin sentyabr döyüşlərində bunun şahidi olduq”.
Ekspert əlavə edib ki, indi yenidən sentyabr ssenarisi işə salınır: “Və bu ssenaridə müxtəlif ölkələrin maraqları olmaqla yanaşı, əsas idarəedici kimi Fransa görünür. Azərbaycanı “hücum edən tərəf” kimi göstərməyə və Bakıya bu məsələ üzərindən təzyiq etməyə cəhd edəcəklər; Laçın yolu, ümumilikdə Qarabağla bağlı iddiaları “sərhəd toqquşması” fonunda gündəmə gətirəcəklər; Bununla danışıqlar masasındakı mövcud gündəliyi də arxa plana keçirmək istəyirlər: vasitəçiliyi qəbul olunmayan Fransa bu məsələdə xüsusilə maraqlı tərəfdir; Ermənistan Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcək, lakin əsas hədəfləri itkilər hesabına olsa belə, siyasi məqsədlərinə nail olmaqdır”.
Musavat.com
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ