İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Almaniyadan yeni maliyyə paketi alır

Ermənistan hökuməti Almaniyadan 84,6 milyon avro məbləğində qrant və kredit alacaq.

Musavat.com xəbər verir ki, bu barədə parlamentdə “Ermənistan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında 2023-cü il üçün maliyyə əməkdaşlığı haqqında” sazişin ratifikasiyası zamanı iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

Nazirin sözlərinə görə, ümumi paket çərçivəsində 69 milyon avro bir saziş üzrə ayrılacaq – bunun 66 milyonu kredit, 3 milyonu isə qrant olacaq. Bundan əlavə, 15,6 milyon avro məbləğində qrant Almaniyanın GIZ təşkilatı vasitəsilə veriləcək.

Lakin layihə yerli müxalifətin tənqidinə səbəb olub. “Ermənistan” blokundan deputat Artur Xaçatryan bildirib ki, hakimiyyət bu yolla “artıq şişmiş dövlət borcunu” bir daha artırmaq niyyətindədir:

“Onlar məqsədlərini gözəl təqdimatla ört-basdır etməyə çalışırlar, amma mahiyyət etibarilə söhbət növbəti borclanmadan gedir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR