Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Armavir vilayətində Mesamor Atom Elektrik Stansiyasında (AES) dəmir borunun 7 metr hündürlükdən düşməsi nəticəsində bir nəfər ölüb.
“Report” xəbər verir ki, məlumatı “Shamshyan” yayıb.
Bildirilib ki, hadisə iyunun 8-də qeydə alınıb.
Belə ki, Armavir sakini, 59 yaşlı Varşam M. AES-də təmir işləri ilə məşğul olan zaman boru 7 metr hündürlükdən düşüb. Ağır yaralı vəziyyətdə hospitala çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ