İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan ABŞ-ın lupasının altında qalacaq”

“ABŞ Ermənistan da daxil olmaqla, digər ölkələrdə insan haqlarına daha çox diqqət yetirməyə başlayır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Suren Sarkisyan feysbuk səhifəsində yazıb.

“Bayden son zamanlar insan hüquqlarına əsaslanan xarici siyasət prinsipindən kənara çıxdığı üçün çox tənqid olunur. Əminəm ki, yaxın gələcəkdə Ermənistan da lupa altında qalacaq və Vaşinqton öz geosiyasi maraqlarının təbliği ilə bağlı danışmadığı bəzi hadisələrə göz yummayacaq. İstisna etmirəm ki, məsələn, Malyan və ya digər fiqurlar yaxın vaxtlarda azadlığa buraxılacaq”, - deyə Sarkisyan qeyd edib.

Qeyd edək ki, ötən gün yerli mətbuat hakimiyyətin ictimai xadim Narek Malyanı azad edə biləcəyini yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR