İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin, yoxsa azərbaycanlıların daha çox adam öldürməsini araşdırsaq...

Ermənistan xarici işlər naziri yenə “sülhpərvər rolunda”: “Sülh müqaviləsini bir neçə dəqiqəyə imzalaya bilərik”

Aprelin 12-də Antalya Diplomatik Forumu çərçivəsində Ermənistan, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə “Cənubi Qafqazda regional əməkdaşlığın problemləri və imkanları” mövzusunda panel müzakirə keçiriləcək.

Musavat.com xəbər verir ki, müzakirələrdə Ceyhun Bayramov, Maka Boçorişvili və Ararat Mirzoyan iştirak ediblər. Moderator kimi Türkiyənin Beynəlxalq Böhran Qrupunun direktoru Nigar Göksel çıxış edib. 

“Ermənistan və Azərbaycanda sülh müqaviləsi imzalamaq, dialoqun yeni mərhələsinə və Cənubi Qafqazda sülh münasibətlərinin yeni dövrünə başlamaq  üçün bütün ilkin şərtlər var. “Armenpress”in məlumatına görə, bunu  panel müzakirəsi zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Onun fikrincə, keçmişin üzərində dayanmaq qeyri-konstruktiv yanaşmadır və tərəflərə konkret həll yolları hazırlamaq üçün effektiv müzakirə aparmağa imkan verməyəcək. ”Mən indiki və gələcəyin reallıqlarına diqqət yetirməyə üstünlük verirəm. 100 il əvvəl kimin hansı əraziyə sahib olması və ya hansı tərəfin daha çox insanı öldürməsi kimi tarixi məsələlərə diqqət yetirsək, bizi növbəti münaqişəyə cəlb etmiş olarıq. Ermənistan hökumətinin istəyi regionumuzda davamlı və yekun sülhün bərqərar olması, ilk növbədə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır. İndi biz sazişin imzalanma yerini və vaxtını müəyyən etmək üçün mümkün qədər tez məsləhətləşmələrə başlamaq istəyirik”, - deyə Mirzoyan bildirib. 

“Sülh müqaviləsinin hazırkı mətni bütün mümkün suallara cavab vermir” deyən Mirzoyanın sözlərinə görə,  dünyada bütün suallara cavab verə biləcək heç bir müqavilə yoxdur. Mirzoyanın sözlərinə görə, bu, yalnız münasibətlərin bərpası üçün əsasdır, problemli məsələlərə gəlincə, onun sözlərinə görə, tərəflər əməkdaşlıq üçün yeni imkanlar yaradaraq müzakirələri davam etdirə bilərlər. “Bu, başlanğıcdır və fikrimizcə, digər problemli məsələlərin müzakirəsi üçün komissiya yaradılmalıdır. Tərəflərin öz cəmiyyətlərinə nəyi çatdırması önəmlidir, Ermənistan və Azərbaycanın dünyaya hansı mesajlar verdiyi önəmlidir. Sual olunur: biz bir daha keçmişi qazırıq, yoxsa vətəndaşlarımız üçün vahid, firavan gələcək qururuq? Görüşümüz zamanı Ceyhun Bayramov bəzi ilkin şərtlərdən danışdı. Biz dəfələrlə ATƏT-in Minsk  Qrupunun buraxılması prosesinə başlamağa hazır olduğumuzu nümayiş etdirmişik. Əgər münaqişə yoxdursa, bu strukturun mövcudluğunun heç bir mənası yoxdur. Bizim heç bir real münaqişəmiz yoxdur, amma eyni zamanda, nə sənədlə təmin olunmuş sülh, nə də imzalarla təsdiqlənmiş münasibətlərin normallaşması var. Biz bu barədə müzakirələri davam etdirə bilərik, lakin bizim üçün həll yolu bəllidir: biz müqavilə imzalamalı və bu münaqişəni institusional vasitələrlə bitirməliyik. Sülh müqaviləsini istənilən vaxt, bir neçə dəqiqə ərzində imzalaya bilərik”.   

 Ceyhun Bayramov bildirib ki, Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsindən sonra regionda sülh üçün tarixi imkanlar yaranıb.

"44 günlük Vətən Müharibəsi başa çatdıqdan və Azərbaycanın əvvəllər işğal olunmuş torpaqları azad edildikdən dərhal sonra тormallaşma üçün tarixi imkanlar yaranıb. Bundan az sonra Azərbaycan Ermənistana normallaşma prosesinə başlamağı və sülh sazişindən danışmağa başlamağı təklif edib. Bunu Azərbaycan təklif edib. Biz Ermənistan tərəfi ilə fiziki danışıqlara başladıq, bilirsiniz, danışıqların bir çox raundları oldu. Keçən ay tərəflər demək olar ki, iki il yarımdan sonra son dərəcə vacib irəliləyiş əldə etdi və ciddi mərhələ hesab etdiyimiz sülh sazişinin mətnini razılaşdırdı", - o bildirib.

Nazifin sözlərinə görə, bu prosesin tam yekunlaşdırılması, sülh sazişinin imzalanması üçün həyata keçirilməsi üçün zəruri olan növbəti addımlar var.

"Bu, Azərbaycan Respublikasının yenə də çoxdankı və ardıcıl mövqeyidir, Ermənistandakı tərəfdaşlarımız bunu yaxşı bilirlər. Bu, ilk növbədə köhnəlmiş və işlək olmayan Minsk Qrupunun ləğv edilməsidir. İkincisi isə Azərbaycana qarşı ərazi iddialarının konstitusiyadan aradan qaldırmaqdır. Ona görə də inanırıq ki, bu zəruri addımlar atıldıqdan sonra iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında sazişin yekunlaşdırılması və imzalanması yolunda əlavə maneələr olmayacaq", - o vurğulayıb.

Ceyhun Bayramov xatırladıb ki, Azərbaycan Konstitusiyasında müasir Ermənistannın heç bir coğrafi adı və ərazisi yoxdur:

"Nazir Ararat Mirzoyanın Ermənistan tərəfinin Azərbaycan Konstitusiyası ilə bağlı narahatlığına gəldikdə, əvvəla, bu, reallığı əks etdirmir. Azərbaycan Konstitusiyasında müasir Ermənistan Respublikasının heç bir coğrafi adı və ərazisi yoxdur.

Düşünürəm ki, erməni həmkarlarımız çox yaxşı bilirlər, çünki əks halda onlar mütləq bu məsələni qaldıracaqlar, çünki bilirsiniz, Ermənistanın hüquq sistemi, Azərbaycanın hüquq sistemi, Türkiyənin hüquq sistemi və bütün ölkələrin hüquq sistemi az-çox eynidir. Ölkə Konstitusiyasına zidd olan beynəlxalq müqavilələr bağlaya bilməzsiniz".

 Qeyd edək ki,  aprelin 12-də  xarici işlər nazirləri arasında ikili görüş də olub.  Azərbaycan XİN-in məlumatına görə, tərəflər Azərbaycan və Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər.

Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR