Onlayn ictimai-siyasi qəzet
Fransakı erməni lobbisi fransalı pianoçu və müğənni Elianı təhdid edərək, Bakı Caz Festivalında iştirak etməməyə çağırıb. Nəticədə müğənni "Baku Jazz Festival 2024" çərçivəsində 26 oktyabrda keçiriləcək konsertindən imtina edib.
Musavat.com bildirir ki, bu barədə festivalın əməkdaşı bildirib:
"Atası dedi ki, Elia bugünkü konsertə gəlməyəcək. Doğrudur, hər kəsin öz qərarını vermək hüququ var. Amma hesab edirik ki, bu müğənninin gələcək karyerası üçün yaxşı olmayacaq".
Qeyd edək ki, Fransalı müğənninin yerinə səhnəyə Türkiyədən gəlmiş Sibel Kose səhnəyə çıxıb.
Onu da xatırladaq ki, müğənni Elianın anası Bakı yəhudilərindəndir.
Xalidə Gəray,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ