İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin “Laçın davası” nəticəsiz qaldı, BMT-dəki uğurumuz bu ölkələrə zərbədir-ŞƏRH  

 

 

Məlum olduğu kimi, Ermənistan 2023-cü il mayın 12-də Laçın sərhəd-buraxılış məntəqəsinin qanunsuz olması ilə bağlı vəsatətlə məhkəməyə müraciət edib. Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın vəsatətini rədd edib.

Millət vəkili Sahib Alıyev Musavat.com-a şərhində qeyd etdi ki, iddianın rədd edilməsi təkcə haylara deyil, Fransaya, İrana və Qarabağdakı separatçı ünsürlərdən proksi kimi faydalanan digər dövlətlərə də zərbədir. Onun fikrincə, belə bir qərar çıxarılacağını, burada da canfəşanlığının nəticəsiz qaldığını  rəsmi Paris öncədən bilirdi: “Buna görə də Fransanın xarici işlər naziri Katrin Kolonna dünən kiçiyi  Ararat Mirzoyana zəng edib təsəlli verirdi. Öz ərazisində sərhəd-keçid məntəqəsi qurmaq  hər bir dövlətin öz haqqıdır. Beynəlxalq Ədalət Məhkəməsinin də borcu bu haqqı təsbit etməkdir. Beynəlxalq məhkəmələr əksər hallarda bu və ya digər güclərin təsiri altında olduqlarını aşkar göstərirlər. Bir çox halda prosesə qərəzli yanaşırlar. Biz bunu Avropa İnsan Haqları Məhkəməsinin təcrübəsində daha tez-tez görürük. Qərarlara təsir etməyə çalışan ölkələrdən biri də Fransadır. Böyük güclərin təsiri altında qərəzli qərarlar verildiyini nəzərə alsaq, bunu Azərbaycanın uğuru kimi dəyərləndirmək olar.  Fransa kimi dövlətlər çalışırdılar ki, iddia təsdiqlənsin. Fransanın Azərbaycan əleyhinə iki dəfə BMT-də, bir dəfə də Frankofoniya ölkələrinin zirvə görüşündə hazırladığı sənəd ləğv olundu”.

S.Alıyev hesab edir ki,  kimin nə deməsindən və düşünməsindən asılı olmayaraq, Qarabağdakı qanunsuz silahlı birləşmələrin sonuna sayılı günlər qalır: “Onlar texnika və silahlarını təhvil vermək şərti ilə rədd olub oradan getməsələr, zərərsizləşdiriləcəklər. Özünə hörmət edən heç bir dövlət icazəsi olmadan torpağında kiminsə ordusunun tör-töküntülərinin varlığı ilə barışa bilməz”.

Xatırladaq ki, ötən ilin oktyabrında Beynəlxalq Ədalət Məhkəməsi “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın tətbiqi ilə bağlı müvəqqəti tədbirləri əsas gətirərək Ermənistanın 7 dekabr 2021-ci il tarixli məhkəmə qərarına dəyişiklik edilməsi barədə tələbini rədd etmişdi.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR