İnsanlara hürriyət, millətlərə istiqlal!

120 il əvvəlin 3 iyunundakı dəhşətlər və Nikol üçün Üçkilsə səddi

Ermənistanın baş naziri Nikol Paşinyan açıq etiraf etməyə çəkinir, əslində onun Azərbaycanla sülh imzalamağa gedən yolunu kəsən kilsədir, tarixi Üç kilsəyə, erməniləşdirilmiş Eçmiədzinə toplaşan “qara qarğalar”dır! Vaxtaşırı sülh bəyanatları səsləndirməsinə, imza atmaqdan ötrü yer axtardığını iddia etməsinə baxmayın, Paşinyanın sülhə uzanan qolunu elə 2-ci Qareginin faşist dəstəsi qırar.

2018-ci ilin yazında Nikol Paşinyan hakimiyyətə gələndən bu günədək onun erməni kilsəsi ilə “ulduzu barışmayıb”. Ermənilərin mövcud olduğu coğrafiyalarda kilsə hər zaman söz sahibi olub, Çar Rusiyası isə erməni keşişlərə müstəsna səlahiyyətlər verib, təbii ki, qarşılığını alaraq. Azərbaycana qarşı saysız-hesabsız cinayətlərin hazırlanıb, həyata keçirilməsində, xanlıqlarımız arasında qan davasının salınmasında da keşişlərin az “xidməti” olmayıb. Azərbaycanlılar əleyhinə qanlı savaşlar zamanı Çar Rusiyasına ən müxtəlif ünvanlarda əlindən gələn köməyi edən, Qubadan Gəncəyə, İrəvandan Xankəndiyə, Lənkərandan Şuşaya...bütün yurd yerlərimizdə erməni barmağı və xəyanətinin arxasında erməni keşişlərinin mənfur əməlləri dayanıb. Çar Rusiyası 19-cu əsrin əvvəllərində, Türkmənçay müqaviləsindən sonra ermənilərin Osmanlı və İran ərazisindən Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsini təşkil etməklə işini bitirmədi, qədim alban məbədlərini də erməni keşişlərinin ixtiyarına verərək onlar üçün “qədim din”in əsasını qoydu. Nəticədə keşişlər özlərini “eşşək vurub, cənnət düşmüş” kimi hiss etdilər, əllərindən gələn pislikləri “beş qaba çəkdilər”. 

45e10014-98f0-4294-8e9c-83e6b484a374.jpg (116 KB)

“Real Ermənistan” təbliğatı aparan Nikol Paşinyan anlayır ki, onun “real”ını poza biləcək əsas qüvvə qorxulu röya rolunu oynayan erməni kilsəsidir. Qara qarğalar və qırğılar cəm olublar Qareginin başına və Üç kilsədə - Eçmiədzində marıta yatıblar. Paşinyan üçün nə Robert Köçəryan, nə Serj Sərkisyan, nə Şahramanyan və digərləri təhlükəli deyil, istənilən vaxt onları “qoduğluğa” basmağı bacarar, necə ki, bundan əvvəl bəziləri ilə bağlı bunu sınaqdan keçirib. Ermənistan əhalisi və diasporanın da Qarabağ separatçılarının keçmiş başçılarına nifrət var, məğlubiyyətin səbəbkarı kimi həm də onları görürlər. Ötən illər ərzində Nikol Paşinyana müxalifətdə olmağa çalışan digər qüvvələr də elektoral baza toplaya bilmədilər. 2026-cı il parlament seçkiləri ərəfəsində yenə də torarlanmağa, hətta koalisiya qurmağa cəhd edirlər. Ancaq burada ən ciddi təhlükə rolunu kilsə oynaya bilər, çünki hər iki qütbdən olanlara təsir imkanlarını özündə saxlayır. Kimlərsə düşünə bilər ki, keşiş Baqrat Qalstanyanın etirazları nəticə vermədi və Paşinyan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasını bu etirazlar fonunda reallaşdırdı. Amma istisna deyil ki, elə keşiş Baqratı etirazçı qismində küçəyə çıxaran, ondan “etirazçı” fiqur düzəltməyə çalışan Paşinyan özü idi. Bu etirazların fonunda Azərbaycana guya təsir edə biləcəyini, nələrsə qoparacağını düşünürdü. Həm də Paşinyan “öz adamı”nı meydana çıxartmaqla Eçmiədzini “ofsayd”da saxlamağı düşünürdü. Amma görünən budur ki, erməni kilsəsi Ermənistanın siyasətinə təsir imkanlarını əldən vermək istəmir və istənilən vaxt revanşa cəhd göstərə bilər. 

1699526017_-f4f0edb0162153671117419337410735185.jpg (311 KB)

Artıq Paşinyanın və onun həyat yoldaşı Anna Akopyanın əsəbləri dözmür. Bu günlərdə məlum oldu ki, Paşinyan və Akopyan erməni apostol kilsəsinin nümayəndələrini sərt və təhqiramiz şəkildə tənqid edib. AZƏRTAC xəbər verir ki, Paşinyan sosial media hesabında bu mövzuda bir neçə post paylaşıb. Baş nazir onlardan birində ruhaniləri “onu rahat buraxmağa” çağırıb, digərində Ermənistanda neçə yepiskopun subaylıq andına sadiq qaldığını soruşub. Hökumət başçısının həyat yoldaşı da onları müxtəlif günahlarda ittiham edib.

Məlum olur ki, erməni apostol kilsəsinin rəhbər orqanı - Eçmiədzinin 2020-ci ildə onun istefasını tələb etməsindən sonra Paşinyanla münasibət xeyli pisləşib. Kilsə də baş naziri Qarabağla bağlı siyasətinə görə onu dəfələrlə tənqid edib. Cavabında Ermənistanın hökumət başçısı ötən il Eçmiədzinin vergiyə cəlb edilməsinin zəruriliyini bəyan edib və kilsəni “təsir agenti” adlandırıb.

Beləcə, “soyuq savaş” davam edir. İndiyədək erməni kilsəsinin – Eçmiədzinin “kəsdiyi başa sorğu-sual olmayıb”. Paşinyan da, Anna da anlayır ki, şeytan yuvasındakı qara keşişlər hər an onlarla bağlı terror sifarişi verə bilərlər, sadəcə uyğun zamanı gözləyirlər. Odur ki, Paşinyanın Azərbaycanın şərtlərini sonadək icra edərək konstitusiyanı dəyişməsi, ardınca sülh müqaviləsinə imza atması real görünmür, nə qədər reallıqdan danışsa da. 2020-ci ilin 10 noyabrında imzaladığı üçtərəfli bəyannamənin 9-cu bəndini icra etməyə imkan verməyən həm də Üçkilsədəki – Eçmiədzindəki qırğılardır. Odur ki, Paşinyan əvvəlcə o şeytan yuvasındakı qara keşişlərlə haqq-hesab çəkməli, onları zərərsizləşdirməli, daha sonra Azərbaycanla sülhə hazır olduğu barədə “cəsarətli” bəyanatlar verməlidir.

baqrat-kesis.jpg (37 KB)

O keşişləri yaxşı tanıyırıq: işğal dövründə Qarabağda keçirilən “hərbi parad”larda öndə gedən Qareginin dəstəsi olurdu. Separatçılarla yan-yana addımlayan Sərkisyanla, Köçəryanla yanaşı, həm də keşişlər idi. 44 günlük müharibədə də əlinə silah alan və hətta əsir götürülən keşişlər oldu. İnsanlığa qarşı müharibədə iştirak edirdi bu qansızlar.

Ötən əsrin əvvəllərində erməni daşnaklar Üçkilsədə də türkləri qanına qəltan ediblər. Söz vaxtına çəkər, tarixi mənbələrə görə, 1905-ci ilin iyunun 3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropolda (Gümrü) kök salmış ermənilər Eçmiədzin (Üçkilsə) qəzasının Üşü kəndinə hücum edir, iyunun 8-də yerli sakinlər, türk-müsəlmanlar kəndi tərk edirlər. İyunun 10-da ermənilər Eçmiədzində 10 kəndi dağıdıblar, əhalisinə divan tutublar. Düz 120 il əvvəl! Daha bir qanlı tarix: “1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən Eçmiədzində 84 yaşayış məntəqəsi yerlə yeksan edilmiş, minlərlə əhali qırılmış və öz etnik ərazilərindən qaçqın düşmüşdü”. (Azərbaycan Respublikası Dövlət Arxivi, f. 894, siy.10, iş 80)Belə qanlı səvifələr o qədərdir ki... Türk yurduna od salan qaniçənlər sonradan buralarda kök saldılar və bu gün də sülhün olmasını qəti şəkildə istəmirlər. Paşinyan – Akopyan gerçəkdən Azərbaycanla sülh istəyirlərsə, Üçkilsədən – Eçmiədzindən başlasınlar, bizimçün fərqi yoxdur, ya sülhə, ya da müharibəyə! Ermənistan rəhbərliyi Üçkilsədəki keşişlərin səddini yara bilsə, bütün işlər rəvan gedəcək, ta İrəvanadək!



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR