İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin barbarlığı nəticəsində dağıdılan qəbiristanlıq bu ərazidə yerləşir- FAKTLAR

Daha öncə də xəbər verdiyimiz kimi sosial şəbəkələrdə ermənilərin azərbaycanlılara məxsus qəbiristanlığı dağıtdıqlarının görüntüləri yayılıb.

Görüntülərdə bir erməninin qəbirlərin yanında dayanıb video çəkdiyi, digərinin isə yük maşını ilə başdaşılarını vurub aşırdığı görünür. Çox güman ki, onlar bu daşları satmaq üçün aparırlar.

Hər bir halda videodan erməni barbarlığı açıq-aşkar görünür.

Ermənilər 30 il işğalda sağladıqları torpaqlarımızın altını üstünə çevirib, insanlığa sığmayan davranış sərgiləyib, bu davranışlarını da yaxşı bir əməlmiş kimi çəkib, yayıblar.

Məkan haqda dəqiq məlumat olmasa da, teleqram kanalları bunun Basarkeçər ərazisindəki azərbaycanlı qəbiristanlığı olduğunu bildirirlər.

Hadisənin hansı ərazidə baş verməsindən asılı olmayaraq, söhbət vandalizm aktından və azərbaycanlıların mədəni irsinə qarşı növbəti vəhşilikdən gedir.

Heç şübhəsiz ki, burada ermənilər həm də öz xislətlərinə uyğun davranıb hiyləgər məqsədlərini həyata keçirirlər.  Məzarlığın dağıdılması – tarixi təhrif edərək azərbaycanlıların izini silmək cəhdidir.

Baş verənlər rəsmi Bakının Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin YUNESKO tərəfindən araşdırılması üçün missiyanın yaradılması təklifinin aktuallığını bir daha göstərir.

YUNESKO-nun laqeyd münasibəti fonunda erməni tərəfi Azərbaycan xalqına yüz illiklər boyu yaratdığı mədəni-tarixi irsi dağıtmaqda davam edir. YUNESKO 1954-cü ilin Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına göz yumduqca, dağılan abidələrin, məzarlıqların, məscidlərin sayı artır.

Şərti Ermənistanın Basarkeçər rayonunun hər bir kəndində tərk edilmiş azərbaycanlı qəbiristanlıqları var. Bu relyef üçün (həm üfüqdəki uzaq relyef, həm də yaxını – qəbiristanlığın qərbindəki təpələr) ən uyğunu Qızılbulaq (müvəqqəti Xaçağbyur, sovet dövründə Sovetakert) kənd qəbiristanlığıdır.

Ekspertlər araşdıraraq belə bir nəticəyə gəliblər ki, bu qəbiristanlıq sentyabrın 13-də Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz aviazərbəsi nəticəsində dağıdılan Ermənistanın hava hücumundan müdafiə bazasından 2,5 km məsafədə yerləşir. Bu, bir daha düşmənimizin xislətini göstərir. Bizdən fərqli olaraq onlar ölülərlə, abidələrlə vuruşur, barbarlıqlarından geri qalmırlar...

Ümid edirik ki, Azərbaycanın haqlı mübarizəsinə müxtəlif don geyindirən bəzi dövlətlər, Qərbin müxtəlif qurumları və eləcə də son zamanlar canfəşanlıq edən Makron bu vandallığa qarşı susmayacaqlar. Doğrudur, onlar bundan da böyük halları görməzdən gəliblər. Ancaq güman edək ki, bu dəfə fərqli olacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR