İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin 3,3%-i yeni konstitusiyanın qəbuluna “hə” dedi

Ermənistan Konstitusiyasına dəyişiklik edilməsinə yerli əhalinin münasibəti mənfidir.

Musavat.com xəbər verir ki, bunu “Gallup” beynəlxalq araşdırma mərkəzinin Ermənistan nümayəndəliyinin keçirdiyi sorğular göstərir.

Sorğunun nəticələrinə görə, əgər ilin əvvəlində respondentlərin cəmi 38,1%-i əsas qanuna dəyişikliklərin əleyhinə çıxıbsa, iyul ayına olan məlumata əsasən, artıq bu rəqəm 80,3%-ə qalxıb.

İlin əvvəlində respondentlərin 34,2 faizi Konstitusiyaya müəyyən dəyişikliklərin edilməsinin tərəfdarı olub, iyulda isə bu rəqəm cəmi 11,7 faiz təşkil edib. Ermənilərin 3,3%-i yeni konstitusiyanın qəbuluna “hə” deyib. Qərarsız vətəndaşların faizi də 14,4%-dən 4,7%-ə düşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR