Onlayn ictimai-siyasi qəzet
Ermənistanda etirazçılar yeni qərarlar qəbul ediblər.
Musavat.com-un məlumatına görə "Radar Ermənistan" xəbər yayıb ki, Robert Köçəryan və Serj Sarkisyanın qüvvələrinin baş verən hadisələrdə iştirakını minimuma endirmək üçün ilkin qərar qəbul edilib. Nəticədə etiraz aksiyalarına rəhbərliyin Ana Baxa verilməsi qərara alınıb. Etirazçılar hesab edirlər ki, Sərkisyan və Köçəryanın reytinqi aşağıdır və onlar prosesə mane ola bilərlər.
Həmin mənbənin məlumatına görə, bu yaxınlarda bütün ermənilərin katolikosunun rəhbərliyi altında sivil və mənəvi liderlərin iştirakı ilə bu qərarla bağlı qapalı iclaslar keçirilib. Fəaliyyət üçün aydın yol xəritəsi qəbul edilib.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ