İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Rusiya-Ermənistan dostluğu cəmiyyətinin rəhbərini ölkə buraxmayıblar

Avqustun 24-nə keçən gecə İrəvandakı “Zvartnots” hava limanının sərhəd xidməti Rusiya-Ermənistan dostluğu cəmiyyətinin rəhbəri, “Rossotrudniçestvo”nun ölkədəki nümayəndəliyinin keçmiş rəhbəri Viktor Krivopuskovu ölkəyə buraxmaqdan imtina edib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə təşkilat rəhbərinin özü məlumat verib.

Onun sözlərinə görə, o, Ermənistan üçün arzuolunmaz şəxs elan olunaraq ölkəyə buraxılmayıb və pasportu əlindən alınıb. “Mənə rəsmi kağızı göstərmədilər, amma başa düşürəm axı sərhədi üzümə açmırlarsa, pasportumu qaytarmırlarsa... Dedilər, bu gün Moskvaya qayıdın”, - deyə Krivopuskov izah edib.

Bundan əvvəl Ermənistan parlamenti Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulini deputatın respublika ilə bağlı açıqlamalarından sonra ölkəyə səfərinin arzuolunmazlığı barədə məlumatlandırıb. Daha sonra RT-nin baş redaktoru Marqarita Simonyana qarşı da analoji qadağanın olması məlum olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR