İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Kremlə yarınır - muzdlular Ukraynada vuruşmaq istəyirlər

“Erməni qartalları” Rusiya Prezidenti Vladimir Putinə Donbasa getməyə icazə verilməsi xahişi ilə məktub göndərib.

APA xəbər verir ki, bu barədə "Past" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, erməni muzdluların komandiri Xaçik Asryan bir neçə gün əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinə məktub təqdim edib.

Məktubda “Erməni qartalları”nın Donbasa getməyə, Ermənistanın strateji tərəfdaşı olan Rusiyanın Silahlı Qüvvələrinin tərkibində NATO və Ukraynaya qarşı vuruşmağa, Donbas əhalisini müdafiə etməyə hazır olduğu vurğulanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR