İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər bütün qüvvələrini Qarabağa toplayır:Wargonzodan SENSASİON İDDİA 

“Qarabağda müharibə qaçılmazdır. Bütün erməni qüvvələri Qarabağa toplanır.”

Alp.az xəbər verir ki, bunu Rusiyanın “Wargonzo” internet televiziyası yayıb.

“Qarabağda qondarma rejimin Müdafiə Ordusunda bir nömrəli həyəcan təbili çalınıb, könüllülər artıq orduya toplanır. Yaxın günlərdə yeni müharibə başlana bilər. Ermənistandan da könüllülər Qarabağa gəlir. Artıq Qarabağda 18 yaşından 55 yaşına qədər hər kəsə silah paylanır” -deyə internet televiziyasının xəbərində deyilir.

P.S. Qeyd edək ki, son günlər ermənilər Qarabağda müharibə xəbərlərini yaymaqla bərabər təxribatlar da həyata keçirdirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR