İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər azərbaycanlı sürücünü Məsud Pezeşkiana görə öldürüb?

Xəbər verildiyi kimi, iyulun 12-də İran-Ermənistan sərhədində yük avtomobilinin əslən azərbaycanlı olan sürücüsü, İran vətəndaşı Amid Quluzadə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib. İnsident milli zəmində baş verib.

Belə ki, İran-Ermənistan sərhədinin "Nurduz" sərhəd-keçid məntəqəsində Ermənistan sərhədçiləri məntəqədən yalnız erməni əsilli sürücülərin keçidinə icazə verib. Bu isə ərazidə növbə gözləyən azərbaycanlı sürücülərin narazılığı ilə nəticələnib. Nəticədə dava düşüb və faciə b verib. Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər əraziyə bir neçə saatdan sonra gəliblər. Amasızlıqla döyülən azərbaycanlı sürücünün həyatını bu səbəbdən xilas etmək mümkün olmayıb. Hələlik baş verən hadisə barədə rəsmi açıqlama verilməyib.

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam

Politoloq Qabil Hüseynli Musavat.com-a şərhində bildirib ki, əvvəllər İran vətəndaşı olan azərbaycanlılara qarşı bu səviyyədə amansızlıq, ayrıseçkilik hallarına rast gəlinmirdi. Lakin bu heç də o demək deyildi ki, ermənilərdə Cənubi Azərbaycandan olan azərbaycanlılara qarşı kin, nifrət yox idi. Sadəcə olaraq, ermənilər İran dövləti ilə sıx əlaqələrinə və İrandan çəkindiklərinə görə azərbaycanlılara qarşı nifrətlərini mümkün qədər gizlətməyə çalışırdılar. Azərbaycan türkü Məsud Pezeşkianın İran Prezidenti seçilməsi Ermənistanı və türk millətinə düşmənşilik hissi ilə yaşayan erməniləri məyus və narahat edib. Onların siyasətçiləri, siyasi şərhçiləri də bunu gizlətmirlər:

“Milli kimliyi ilə fəxr etdiyini açıq bəyan eləyən Məsud Pezeşkianın İranda prezident seçilməsi nifrət hissi ilə yaşayan ermənilərdə onun İrandan olan soydaşlarına qəzəb yaradıb. Bu qəzəbin və nifrətin təsiri altında belə görünür ki, erməni sərhədçilər qəsdən buraxılış məntəqəsində azərbaycanlı sürücülərin qarşısını kəsiblər. Hətta bununla kifayətlənməyib sürüclərdən birini öldürüblər. İran dövləti Ermənistandan bu cinayətə görə hesab sormalıdır. Əks halda ermənilərin bu cür cinayətlərinin arealı genişlənə bilər”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR