İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər “Azərbaycanla barışmasaq, məhv olacağıq” dedi – növbəti hiylə, yoxsa…?– Tural Abbaslı ilə “Canlı debat”

Ermənistanın 1-ci prezidenti ermənilərə ‘’təslim olun, barışın’’ mesajı verdi - gözlənilməz gəlişmə. Levon Ter - Petrosyandan sensasion açıqlamalar: "Barımasaq, imzalamasaq, məhv olacağıq". “Ermənistan çətin və ağrılı qərarlar gözləyir, həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq”. Musavat.com xəbər verir ki, bu fikri Ermənistanın ictimai televiziyasına müsahibəsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

“Bu, heç kimə xoş gəlmir, lakin elə an gələcək ki, başqa seçim olmayacaq”, - Ter-Petrosyan bildirib.

Onun daha sonrakı açıqlamalarını bu cür sıralamaq olar:

‘’... Alternativ yoxdur. Əgər sənəd imzalanmasa, bu iki qonşu ilə sülh bağlanmasa, biz artıq Sovet İttifaqının 70 illik reallıqlarını bərpa edə bilmərik. Biz yenidən dövlət qurmalıyıq;

▪Müxalifət hesab edir ki, Paşinyanı hakimiyyətdən kənarlaşdırmaqla ağrılı qərarların qarşısını almaq olar. Bu sadəlövhlükdür. Kim gəlsə, daha pis sənədə imza atacaq. Onların Ermənistandan nə istədiklərini anlamaq və daha ağrısız həll yolunu seçmək lazımdır. Bunu isə yalnız Paşinyanla danışmaqla başa düşmək olar, çünki o, tam məlumatı olan yeganə şəxsdir. Üstəlik, Paşinyan da sənədi imzalamaqdan qorxur, çünki nəyə imza atsa da, onu “satqın” adlandıracaqlar. Bu yolla biz də Paşinyana əlimizi uzadırıq, bu müqavilələrin imzalanmasının məsuliyyətini öz üzərimizə götürürük. Mən də öz növbəmdə bu məsuliyyətə hazıram. Digərləri, bilmirəm, görünür, hazır deyildilər, ona görə də təxirə saldılar. Uğur qazanmaq üçün bütün tərəflərdən mütləq səmimiyyət tələb olunur. Bütün ambisiyalardan bir kənara atmaq lazımdır;
▪Bəli, bu kapitulyasiyadır. Şərait buna gətirib çıxardı. Heç bir faciə yoxdur, daha güclü dövlətlər bundan keçib;

▪Əgər bu gün az-çox razılaşmalar əldə etmək mümkündürsə, daxili iğtişaşların davam edəcəyi, hər kəsin özünü Ermənistanın növbəti prezidenti kimi hiss edəcəyi təqdirdə proses daha da çətinləşdirəcək. Belə vəziyyətdə Türkiyə və Azərbaycanın tələbləri daha da artacaq. Əgər biz daha yarım il də belə davam etsək, ölkəmiz olmayacaq;

▪ Rusiya ilə münasibətlər daha yaxşı, indikindən xeyli konstruktiv olardı, əgər yeni reallıq olmasaydı. İndi hər şey qarışıb, Rusiya-Ukrayna müharibəsini nəzərdə tuturam. İndi bizim üçün daha təhlükəli vəziyyət yaranıb, o mənada ki, Rusiya Federasiyasının hər zaman bizim üçün bu regionda xüsusi rolu olub və əvvəllər onu həmişə yerinə yetirib:

▪"Artsax" məsələsi artıq həll olunub: mən insanların ümidini kəsmək istəmirəm, amma indi Ermənistan Artsaxda aktr deyil. "Artsax" məsələsinin həllinin açarı bu müharibədən əvvəl Rusiyanın əlində idi, indi isə onun özünün çoxlu problemləri var. Mümkündür ki, indi bu açar haralardasa İtib. İndi Rusiyadan nə gözləmək olar?’’
Bu açıqlamaların Azərbaycan üçün anlamı nədir? Levon-Ter Petrosyanın düstur kimi irəli sürdüyü tezislər Ermənistan xalqını kompromislərə hazırlamaq baxımından, hansısa rol oynaya biləcəkmi? Nəzərə alsaq ki, Petrosyan bu açıqlamaları erməni katolik kilisəsinin rəhbəri və keçmiş prezidentlərlə, o cümlədən də Qarabağdakı qondarma qurumun eks rəhbərlərinin iştirakı ilə ötən həftəsonu keçirilən görüşdən sonra söyləyib, o zaman bütün mənzərə tamamilə dəyişir. Çünki hal hazırda Ermənistan iqtidarının başında duran Paşinyanın göstərdiyi davranışlar Pertosyanın təslimiyyət ruhunda verdiyi açıqlamalara ziddiyyət təşkil edir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız isə Ağ Partiyanın sədri Tural Abbaslı olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR