İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Araz çayının məcrasını dəyişdirmək istəyir?

“Araz çayı hövzəsindən qumun sənaye üsulu ilə çıxarılması prosesi lazımi qaydada tənzimlənməlidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutunyan deyib.

O, parlamentdə İqtisadi məsələlər üzrə daimi komissiyanın iclasında “Yerin təki haqqında” qanuna dəyişikliklər və müvafiq qanunlara dəyişikliklər edilməsi haqqında qanun layihəsini təqdim edib. Arutunyanın sözlərinə görə, layihə Araz çayının məcrasının dəyişdirilməsi ilə bağlı mövcud riskləri nəzərə almaqla hazırlanıb. O bildirib ki, çayın məcrasının dəyişməsi dövlət sərhədinin dəyişməsinə səbəb ola bilər.

Qanunvericilik təşəbbüsünün məqsədinin çay kanallarında dəyişikliklərin qarşısını alan sədlərin çəkilməsi prosesini operativ şəkildə tənzimləyən mexanizmlərin tətbiqi, eləcə də mövcud sədlərin bərpası olduğu deyilir. Qanunvericilik paketinin hazırlanması Araz çayı ətrafında yaranmış problemlərlə bağlıdır. Xüsusilə, söhbət müvafiq maneələrin qurulması üçün çay yatağından qumun sənaye üsulu ilə çıxarılmasından gedir.

Bir çox sahibkarlar bu və ya digər səbəbdən yerin təkindən istifadə üçün lisenziyaları yeniləmirlər. Bununla bağlı “Yerin təki haqqında” qanuna bir sıra əlavələrin edilməsi qərara alınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR