Onlayn ictimai-siyasi qəzet
Onların arasında yüzdə yüz ABŞ və AB (Avropa Birliyi) yetkilələri olmayacaq. Birləşmiş Ştatlar başda olmaqla Qərb ölkələrindən heç birinin rəhbəri nəinki Putini qələbə münasibətilə təbrik etməyib, Qərb ümumən seçkinin özünü, Putini legitim saymır.
Ən maraqlısı isə Ermənistanın “məxməri” baş naziri Nikol Paşinyanın 7 may inauqurasiyasına gedib-getməyəcəyi ilə bağlıdır. Nikol Vovayeviç indi sanki “iki od” arşındadır, “iynə üstündə” oturub. Çünki bu məqsədlə Moskvaya səfər etmək onu iqtidara gətirmiş Qərbin iradəsi əleyhinə getmək, siyasi arsızlığa imza atmaq demək olardı...
Başqa yandan, axı neçə vaxtdır o, özünü “sadiq qərbçi”, anti-Rusiyaçı, “demokrat” kimi göstərməklə, Vaşinqton və Brüsselin qılığına girməklə kollektiv Qərbdən maliyyə-hərbi dəstək, siyasi-diplomatik himayə qazanmağa çalışır. Bu məqsədlə ötən ilin oktyabrında Avropa Parlamentində o, alovlu çıxış da edib, Avropa paytaxtları revanşist planlar naminə faktiki “su yolu”na döndərib.
Qərbin isə “qızıl” şərti var: Ermənistan Rusiya orbitindən davamlı şəkildə uzaqlaşmalıdır. Ancaq İrəvan rəsmilərinin quru bəyanatlarından savayı, bu davamlılıq heç nədə və heç yerdə görünmür. Kapitulyant ölkədə hələ də 5 minlik rus hərbi kontingenti qalır. Onun Türkiyə və İranla sərhədlərini bu gün də rus İvan qoruyur, Ermənistan iqtisadiyyatı Rusiyanın total nəzarətindədir, ölkənin rus mavi yanacağından asılılığı davam edir, Metsamor AES-i ruslar istismar edir və s. və i.a...
Bu azmış kimi, məlum olub ki, Nikol Paşinyan Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcək. Bu barədə “Hraparak” qəzeti hökumətdəki mənbəyə istinadən yazıb.
“Paşinyan həm Putinin mayın 7-də inauqurasiyasında, həm də mayın 8-də Avrasiya İqtisadi Birliyinin yubiley sammitində iştirak edəcək. Amma ola bilsin, baş nazir Qələbə günü paradına qalmayacaq, lakin bu, hələ dəqiq deyil”, - qəzet yazır.
Yəqin ki, yazılan kimi olacaq. Bu, siyasi rəhbərləri də daxil, ermənilərin nə dərəcədə zatı və ipi-qırıq, etibarsız toplum olduğunu növbəti təsdiqidir. Siyasi riyakarlığın buynuzu-zadı olmur ki.
Erməni ki, erməni. Əslində təəccüblü heç nə yox. Paşinyan hər şeydən öncə damarında erməni qanı daşıyan sıradan bir hay, tipik erməni.
Adama deyərlər, “ya göründüyün kimi ol, ya da olduğun kimi görün”. Axı bütün güc mərkəzilərinə yaltaqlanmaq balans siyasəti deyil.
Odur ki, mayın 7-dək də gözləyək. Görək erməni siyasi buqələmunluğunun budəfəki “mükafatları” nələr olacaq – Rusiyadan və Qərbdən. Hər halda maraqlı olacaq...
Z.SƏFƏROĞLU
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ