İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni Türkiyədə kəndxuda oldu

Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə erməniəsilli şəxs kaymakam (rayon rəhbəri, höküməti təmsil edən şəxs, kəndxuda) olub.

Musavat.com "Hürriyet”ə istinadən xəbər verir ki, Denizli bölgəsinin Babadağ vilayətinə Berk Acar rəhbərlik edəcək.

27 yaşlı B. Acar 1995-ci ildə İstanbulda anadan olub və özəl Sahakyan Nunyan erməni orta məktəbində oxuyub. 2000-ci ildə Bilgi Universitetinin Hüquq fakültəsini bitirib. 110-cu rayon rəhbəri olmaq üçün imtahana qatılan Acar yazılı imtahanda 13 374 nəfər arasında 72-ci olub. Müsahibə üçün dəvət edilən 475 nəfər arasında da uğur qazanan erməniəsilli Acar kaymakam vəzifəsinə təsdiqlənib.

https://www.hurriyet.com.tr/gundem/ermeni-asilli-ilk-kaymakam-42120993

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR