İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni təsiri altında olan fransızlar Makrona çağırış etdilər: Fransa ordusunu Ermənistana yolla!

 

Fransanın “Le Point” nəşri bir sıra məşhur fransız xadimlərinin Fransa prezidenti Emmanuel Makrona açıq məktubu dərc edib və orada onu Fransa qoşunlarını Ermənistana göndərməyə çağırıb.

Musavat.com
bu barədə erməni mediasına istinadən bildirir.

“Müəyyən silahların tədarükünə icazə verməklə bu dövlətə müdafiə xarakterli hərbi yardım göstərmək təşəbbüsünüzə, həmçinin erməni əsgərlərinin ən yaxşı məktəblərimizdə təlim keçməsinə görə xüsusi təşəkkür edirik”, müraciətdə deyilir.

“Qaz və neft gəlirləri və Türkiyə dövlətinin dəstəyi sayəsində əldə edilən həqiqi hərbi üstünlüyə malik Azərbaycan hərbi eskalasiya ehtimalı ilə hər zamankındən daha çox şirnikləndirilir”, –Makrona göndərilən məktubda sərsəmcəsinə iddia olunur.

Məktub müəllifləri vurğulayırlar ki, Ermənistan üçün “1915-ci il soyqırımından yüz il sonra tam məhv olmaq riski ilə sərhəddə olan” təhlükəli vəziyyət yaranır. “Bu böyük ehtimal gerçəkləşsəydi, tarixi və dəyərlərinə görə bizə çox yaxın olan Ermənistandakı qardaşlarımız üçün nəinki mütləq fəlakət olardı. Bu, bəşəriyyət üçün və nəticədə Fransa, Avropa və beynəlxalq hüquqa hörmət etməyə çalışan və gücə ədalətlə qalib gəlməyə çalışan bütün güclər üçün dəhşətli uğursuzluq olardı”, - deyə Fransa liderləri məktubunda vurğulayırlar.

“Cənab Respublika Prezidenti, əgər vəziyyət sizi narahat edəcək qədər ciddi görünürsə, ən pisi baş verənə qədər həmişə ümid var. Ona görə də hesab edirik ki, Ermənistanla birlikdə daha da güclü səfərbərlik nümunəsi göstərməklə bu cəbhədə təhlükənin qarşısını almağa hələ vaxt var. Ona görə də biz bu sətirlərdə Fransa silahlı qüvvələrini bu qardaş ölkəyə göndərməyə çağırırıq. Effektiv iştirakı Ermənistana hücum etmək barədə düşünənləri çəkindirmək məqsədi daşıyacaq dinc kontingent”, - Makrona xitabən daha sonra bildirilir.

Bildirilir ki, məktubu müxtəlif sahələrdən onlarla məşhur imzalayıb. Ermənilərin təsiri altına düşmüş şəxslərin içərisində Parisin meri Ann Hidalqo, filosof Elizabet Badinter, keçmiş Avropa və xarici işlər naziri Bernard Kuşner, İle-de-Frans regionunun prezidenti Valeri Pekres, Avropa Parlamentinin deputatları Fransua, Xavier Bellamy, Nathalie Loiseau, Jean-Marc Germain, Monpellier meri Michael Delafosse və başqalarının adı var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR