İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni spikerindən iddialı sözlər – İşğalçı ordu təzədən qurulur? - Elxan Şahinoğlu ilə “Canlı debat”

“Ermənistan ordusunun silahlara ehtiyacı var və ölkə rəhbərliyi onları müxtəlif mənbələrdən əldə etmək üçün tədbirlər görür”. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. “Ordunun bizim istək və davranışımızdan asılı olmayaraq, əsl ehtiyacı silaha olan ehtiyacdır. Bu sahənin daim doldurulmasına lüzum var. Bütün digər ehtiyacları Ermənistan Müdafiə Nazirliyi həll edir. Maliyyələşdirmə ilə bağlı isə heç bir problem yoxdur”, - deyə yoxsul ölkənin parlamentinin sədri iddialı şəkildə bildirib.

Onun sözlərinə görə, silahların alınması ilə bağlı müxtəlif tədbirlər görülür: “Həm də biz bir istiqamətdən silah almaqla kifayətlənmirik”. Yəni diversifikasiya məsələsi. Bəs görəsən doğrudanmı ac-yalavac Ermənistanın müasir, bahalı silahlar və hərbi sistemlər almağa, işğalçı ordunu təzədən qurmağa vəsaiti hardandır? İkinci yandan, tutaq ki, ABŞ, İsrail ona müasir silahlar satarmı?
Nensi Pelosinin səfəri və verdiyi mesajlar bizə hansı mesajı çatdırır? Bundan sonra nələr olacaq?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR