İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni silah baronu həbsdə saxlanıldı

 

Ermənistanda “silah baronu” olaraq bilinən Dvit Qalstyan həbsdə saxlanıldı.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Aram Qriqoryanın qərarı ilə keçmiş “Mosston Engineering” şirkətinin idarə heyətinin sədri David Qalstyanın həbs müddəti bir ay uzadılıb. Bu barədə Məhkəmə Departamenti məlumat yayıb.

Qeyd edək ki, bu iş üzrə növbəti məhkəmə iclası bu ilin iyun ayının 7-də saat 16:00-da keçiriləcək.

Qalstyan yanvarın 31-də həbs edilib. Cinayət prosesinin məzmunu həm hüquq-mühafizə orqanlarının əməkdaşları, həm də Qalstyanın vəkilləri tərəfindən məxfi saxlanılır.

Qalstyanın adı 44 günlük müharibə zamanı istifadəyə yararsız olduğu aşkar edilən raketlərin alınmasında hallanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR