Onlayn ictimai-siyasi qəzet
2020-ci ildə baş verən 44 günlük müharibədən sonra Türkiyə geosiyasi vəziyyətin dəyişməsindən istifadə edərək Ermənistandakı daxili siyasi proseslərə müdaxilə etməyi qanuni haqqı hesab edir.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Yervand Bozoyan danışıb.
Onun sözlərinə görə, indiki hakim elita hakimiyyətə gəlməzdən əvvəl bütün beynəlxalq oyunçular Ermənistanın balanslaşdırılmış xarici siyasət apardığının, Rusiya Federasiyası ilə strateji əlaqələri olduğunun, bununla yanaşı həm AB, həm ABŞ, həm də İranla xüsusi münasibətlər qurduğunun fərqində idilər. “Xarici siyasətlə bağlı xüsusi diskussiyalar aparılmayıb. Birinci, ikinci və üçüncü prezidentlər demək olar ki, eyni xarici siyasət xəttinə sadiq qalıblar. Lakin 2021-ci ildə müharibədən sonra vəziyyət dəyişib və Türkiyə aktiv şəkildə prosesə daxil olub.
“Buna qədər Türkiyə heç vaxt Ermənistandakı daxili siyasi proseslərə reaksiya verməyib. İndi Türkiyə Ermənistanda öz “pay”ını almağa çalışır. Bu “kapitallaşma” indiki siyasi komanda hakimiyyətdə olduğu müddətdə davam edəcək”,-deyə erməni politoloq bildirib.
Bozoyanın iddiasına görə, indiki siyasi komanda yalnız Türkiyənin müdaxiləsi sayəsində hakimiyyətdə qala bilib. “Həmin dövrdə demək olar ki, bütün qurumlar: prezident, bütün ermənilərin katolikosu, Baş Qərargah, küçələrdə etiraz edənlər – hamısı Paşinyanın getməli olduğunu söylədi. Bunun ardınca Türkiyədən bəyanat gəldi, demək olar ki, Ermənistanda seçkilər öncəsi hakimiyyət dəyişikliyinə məhz mane oldu”,-deyə o söyləyib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ