İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni sahibkarlar etiraz aksiyası keçiriblər - VİDEO

Ermənistanda iş adamları növbəti dəfə etiraz aksiyası keçiiblər. AzVision.az xəbər verir ki, “Petak” ticarət mərkəzində çalışan və ya burada obyektləri olan sahibkarlar səhər saatlarında bir yerə toplanaraq öz haqlarını tələb ediblər.

Onlar Kristafor küçəsinin bir hissəsinin məlum Surmalu faciəsindən sonra nəqliyyatın hərəkətinə bağlanmasından şikayətlənirlər. İndiki durum "Petak" və "Surmalu"ya gedən insan axınını dayandırıb, ticarəti əngəlləyib.

Xatırladaq ki, avqustun 22-də də "Petak"dakı sahibkarlar etiraz aksiyası keçirmişdilər. Onlar "Surmalu" ticarət mərkəzində baş vermiş partlayışdan sonra bəzi bazar və molların təhlükəsizlik tədbirlərinin zəif olması səbəbindən bağlanmasına etiraz etmişdilər. Həmin bazarlar arasında "Petak"ın da adı var idi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR