İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşist müxalifətçidən ANONS: “Küçə aksiyaları olacaq”

“Azərbaycan artıq Qarabağı tam tutmağa, onu Ermənistandan ayırmağa başlayıb”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu dekabrın 6-da parlamentdə jurnalistlərə müsahibəsində “Ermənistan” blokundan olan deputat Artur Xaçatryan deyib.

“Onlar Laçın dəhlizi ilə silahların ötürülməsindən və 2021-ci ildə minaların tapılması barədə danışmağa başlayanda növbəti gedişləri məlum idi. Ermənistanın hazırkı hakimiyyətinin passiv siyasəti və Qarabağdan qurtulmaq istəyi buna şərait yaradır”, - Xaçatryan bildirib.

“Bu vəziyyətdə Qarabağı və Ermənistanı xilas edəcəyinə söz verən müxalifətin günahı yoxdurmu?” sualına erməni ravanşist siyasətçi belə cavab verib: “Hesab edirəm ki, Qarabağı və Ermənistanı xilas etmək bütün vətəndaşların borcudur. Vətəndaşlar bütün rıçaqlarından istifadə edib, daha pisə doğru getdiyimiz barədə xəbərdarlığımıza inansaydı, birləşsəydilər, vəziyyət daha yaxşı olardı. Amma ümid var, ona görə də mən narahat olan vətəndaşları küçələrə çıxmağa çağırıram”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR