İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşist ekspert: Sülh gündəmi yoxdur, sadəcə informasiya hay-küyü var

Qısa müddətdə Azərbaycanla sülh müqaviləsinin imzalanması nə dərəcədə realdır?

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli revanşist politoloq Qrant Mikaelyan danışıb.

“Sülh müqaviləsinin kiçildilmiş variantının imzalanmasını təsəvvür etmək olar, çünki indi Qərbin Azərbaycanla Ermənistan arasında hansısa bir kağızın imzalanmasına həqiqətən ehtiyacı var. Təki orada iki söz – “sülh müqaviləsi” ifadəsi yer alsın. Bu razılaşmanın heç nəyi həll etməməsi vacib deyil. Hazırda Ermənistanın hazırkı hakimiyyətinin açıq şəkildə razılaşdığı Ermənistanın yeni kapitulyasiyası formatında danışıqların mahiyyət etibarilə aparılması da heç kimi narahat etmir”, - deyə Mikaelyan qeyd edib.

Revanşist ekspertin fikrincə, sülh gündəmi yoxdur, sadəcə informasiya hay-küyü var. Sülh müqaviləsi deyilən bir sənəd imzalansa belə, heç bir sülh prosesindən bəhs edilə bilməz.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR