Onlayn ictimai-siyasi qəzet
“Tavuşda qoşunların birtərəfli qaydada çıxarılmasının qeyri-qanuni prosesi gedib. Sərhədlərin dəqiqləşdirilməsi prosesi olmadan hüdudlar fraqmentlər şəklində dəqiqləşdirilir, sonra müqavilə imzalanır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Ermənistan” parlament fraksiyasının üzvü Kristin Vardanyan danışıb.
““Qanuni müharibə” anlayışı yoxdur. “Qanuni müharibə hüququ” anlayışını Nikol Paşinyan icad edib və ya danışıqlarda onu bununla təhdid edirlər, bunu özü də daxili auditoriyaya çatdırır”, - Vardanyan bildirib.
Revanşist deputat Ermənistanın nə vaxta qədər güzəştə getməli olduğu sualını verib:
“Daha nə vaxta qədər deyəcəyik: bunu etməsək, Azərbaycanın legitim müharibə hüququ olacaq? Güzəştlərin bitdiyi qırmızı xətlər haradadır? Vəziyyəti dəyişməyin yeganə yolu buna müqavimət göstərmək, danışıqlar masasına yeni şərtlər gətirməkdir”.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ