İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşist deputat: “Ermənistan güzəşt etdikcə Azərbaycan onun üstünə gəlir”

 

Paşinyan iqtidarının apardığı siyasətə görə Ermənistana təzyiqlər ancaq artır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir Ermənistan parlamentində eyniadlı müxalifət blokundan olan deputat Artur Xaçatryana məxsusdur.

“Bir neçə il əvvəl heç kim nə  29,8 min kv. kilometrdən, nə də hər hansı bir anklav haqqında danışırdı. Buna səbəb indiki hakimiyyətin yeritdiyi siyasi xətdir. Onlar Qarabağdan imtina və Azərbaycan tərəfinin bütün tələblərini yerinə yetirmək kursunu bəyan edir, alternativin gücdən istifadə ola biləcəyini əsas gətirirlər”, - deyə deputat bildirib.

Revanşist müxalifətçinin fikrincə, İrəvanın daimi güzəştləri ucbatından Bakı daha da cəsarətlənir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR