İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloqdan SƏRT SÖZLƏR: "Paşinyan Ermənistan dövlətçiliyinin..."

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin gerbi və himni ilə bağlı tənqidi sözləri yerli ictimaiyyətdə böyük hay-küyə səbəb olub.

Xatırladaq ki, Nikol Paşinyan parlamentdə dünənki çıxışında “Ermənistan gerbinin bugünkü dövlətə nə aiddiyatı var” deyə bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, politoloq Sergey Melkonyan onun bu sözlərini “dövləti demontaj etmək” kimi səciyyələndirib:

"Bu istiqamətdə artıq addımlar atılıb. İrəvan Dövlət Universitetində azərbaycanşünaslıq kafedrası ləğv olunur, məktəblilər üçün tarix dərsliklərinin yenidən yazılmağa başlanılıb, bir sıra hərbi birləşmələrin fəaliyyətinə son verilir. Lakin belə bir prosesdə simvolizm mühüm yer tutur.
Bu gün Ermənistanın dövlət rəmzləri günüdür. Və məhz bu gün Nikol faktiki olaraq müasir Ermənistanda gerbin dəyişdirilməsinin zəruri olduğunu bəyan etdi."

"Ümumiyyətlə, yeni heç nə yoxdur. Dövlətçiliyin parçalanması tendensiyası rəmzlərə gəlib çatıb. Bu gün “yeni” inqilabçı Ermənistanın tarixi yazılır. Yeni siyasət mövcud kimliyin rədd edilməsinə və onun Türkiyəyə uyğun yenidən formalaşmasına əsaslanır. Yeni inqilabi Ermənistana xoş gəlmisiniz!”, - deyə Melkonyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR