İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloqdan fərziyyə: Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə verir

Avropa Birliyinə üzvlük referendumu və ya ABŞ-la imzalana biləcək hər hansı bir sənəd və ən əsası “strateji”, “təhlükəsizlik”, “tərəfdaşlıq” və sair kimi sözləri yalnız ölkənin daxili siyasi gündəliyi ilə bağlıdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikrin müəllifi yerli politoloq Alen Gevondyandır.

“Üstəlik, Ermənistanda ən yüksək səviyyədə istefa verən demokratlardan getməzdən əvvəl belə bir jest etməyi xahiş ediblər.
Hələ sülh gündəliyi sənədi olmadığı üçün ona daha yaxşı həyat vədləri ilə bükülmüş, əhaliyə satıla biləcək başqa bir sənəd əlavə etmək lazımdır.

İndiki hakimiyyət çoxsaylı təbliğatçıları Ermənistanı sadəcə olaraq aldadır. Onlar Ermənistanı Türkiyənin nəzarəti altına verirlər. Bütün bunlardan sonra Ermənistan Respublikasının resursları mənimsəniləcək və heç nə qalmayacaq. Erato (Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan – red.) isə böyük ehtimalla Ermənistan Respublikasının sonuncu lideri olacaq”,-deyə Gevondyan belə bir fərziyyə irəli sürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Yanvar 2025

14 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR