İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: “Səudiyyəlilər Qarabağ məsələsi bitdiyinə görə bizlə barışdı”

“Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulması, şübhəsiz ki, mühüm hadisədir. Amma nəzərə alın ki, bu, yalnız Azərbaycan Qarabağ məsələsini həll etdikdən sonra baş verdi”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Suren Surenyants yazıb.

“Yəni səudiyyəlilər “Qarabağ” hekayəsi artıq bitdiyi üçün Ermənistanla “sülh bağladılar”.

Elə Avropa Birliyi də eyni səbəblərdən Ermənistanla münasibətləri dərinləşdirməyə başladı. Çünki Avropa paytaxtlarında Qarabağ məsələsi münasibətlərin inkişafına maneçilik törədirdi. Azərbaycanla qarşıdurmaya getməsi isə nə Ər-Riyadın, nə də Brüsselin gündəmində olub”, - deyə Surenyants qeyd edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR