İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: Separatçı rejim Bakının təklifini qəbul etməyə məcbur olacaq

“Qarabağda daxili siyasi böhran da dərinləşir. Geniş ictimaiyyətə görünməyən zorakı pərdəarxası proseslər son günlər ictimai təzahür almağa başlayıb”.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, bu barədə erməni politoloq Tiqran Qriqoryan Civil.net üçün məqaləsində yazıb.

Onun fikrincə, rus sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsi üzrə müvəqqəti məsuliyyət zonasında hələ də qalan separatçı rejimdə hakimiyyət uğrunda mübarizə aparan üç “qütb” formalaşıb. Bu, keçmiş separatçı liderlər, qanunsuz birləşmələrin keçmiş komandirləri və Azərbaycanla reinteqrasiya əleyhdarları tərəfindən dəstəklənən qaçaq oliqarx Ruben Vardanyandır. Digər qütb isə separatçıların keçmiş “Təhlükəsizlik Şurasının katibi” Samvel Babayanın komandasıdır.

Qriqoryanın sözlərinə görə, Samvel Babayan və onun komandası, Azərbaycanla birbaşa dialoqun, bütün yolların açılmasının, ticarət-iqtisadi əlaqələrin qurulmasının tərəfdarıdır. Arayik Arutyunyan və komandası isə rəsmi Bakı ilə danışıqları Azərbaycan ərazisində aparmaq istəmirlər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR