Onlayn ictimai-siyasi qəzet
Bakının məqsədi həm kağız üzərində, həm də realda Ermənistanın tam kapitulyasiyasıdır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli siyasi strateq Tiqran Köçəryan deyib.
“Azərbaycanın sürətli silahlanması iki məqsəd güdür. Hədəflərdən biri də təbii ki, Ermənistandır. Ona görə də Bakı ya hərbi yolla, ya da sadəcə güc nümayişi ilə Paşinyanın (Ermənistanın indiki baş naziri) vəd etdiyinə nail olmağa çalışacaq.
Söhbət ilk növbədə anklavlardan, Ermənistanın azərbaycanlılar tərəfindən məskunlaşdırılmasından, eləcə də Sünik vasitəsilə dəhlizin verilməsindən gedir”, -deyə o, yerli “Beşinci kanal”da deyib.
Musavat.com
19 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ