İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: Avropa Birliyi Bakının addımlarına haqq qazandırmaqla məşğuldur

“Avropa Birliyinin Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı siyasəti iflasa uğrayıb. AB-nin simasında biz (ermənilər-red.) uğursuz vasitəçiliklə üzləşmişik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Tiqran Qriqoryan deyib.

“AB müxtəlif mərhələlərdə Bakının hərəkətlərini legitimləşdirib. Məsələn, Azərbaycan tərəfi Laçın dəhlizini bağlayan zaman Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar qeyd edib ki, Aİ “Azərbaycanın Laçın dəhlizində təhlükəsizliklə bağlı narahatlığının legitimliyini” anlayır, lakin bəzi həll yollarına ehtiyac var. Bu cür bəyanatlarla o, ümumilikdə dəhlizin bağlanmasına (Azərbaycanın tam nəzarətinə keçməsinə-red.) haqq qazandırdı”, -deyə, o söyləyib.

Qriqoryan qeyd edib ki, Toivo Klaarın Maqdalena Qrono tərəfindən əvəz olunmasna diqqət çəkib. Onun sözlərinə görə, sonuncu bölgənin problemləri ilə ekspert səviyyəsində tanışdır.

Erməni ekspert tipik ermənisayağı məkrlə yeni nümayəndəni Azərbaycana qarşı sərt mövqe sərgiləməyə səsləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR